“West Hospital”ın təqdimatında komandamızın sağlamlıq durumu: “Qəbələ” Misli Premyer Liqasının XXVII turunun “Şamaxı” ilə ev oyununun hazırlığını başa vurub.
Matçın hazırlıq prosesində iki futbolçu iştirak etməyib. XXVI turun “Turan Tovuz”la səfər qarşılaşmasında zədələnən Urfan Abbasov bərpa prosesi keçir. Qapıçı Kristof Atanqana zədədən sonra müalicəsini davam etdirir.