Sağlamlıq bülleteni
Xəbərlər / 22 Aprel 2023 | 22:401407
Sağlamlıq bülleteni

“West Hospital”ın təqdimatında komandamızın sağlamlıq durumu: “Qəbələ” Misli Premyer Liqasının XXXI turunun “Sumqayıt”la oyununun hazırlıq prosesini başa vurub.

“Qırmızı-qaralar”ın qapıçısı Səlahət Ağayev bu matçı buraxacaq. O, zədə səbəbindən görüşdə iştirak etməyəcək.

Xatırladaq ki, aprelin 23-də “Kapital Bank Arena”da baş tutacaq “Sumqayıt” – “Qəbələ” qarşılaşması saat 18:00-da başlayacaq.