“West Hospital”ın təqdimatında komandamızın sağlamlıq durumu: “Qəbələ” Misli Premyer Liqasının II turunun bu gün keçiriləcək oyununda “Araz-Naxçıvan”la qarşılaşacaq. Bakıda baş tutacaq qarşılaşmada üç futbolçu iştirak etməyəcək. Asif Məmmədov, Zurab Oçiqava və Feras Abu Akal zədədən sonra bərpa prosesi keçdiyi üçün “qırmızı-qaralar”ın hazırlıq prosesinə qatılmır. Zurabın gələn həftədən komanda ilə məşqlərə qoşulacağı gözlənilir.
Xatırladaq ki, “Dalğa Arena”da keçiriləcək “Araz-Naxçıvan” – “Qəbələ” görüşü saat 18:30-da başlayacaq.