“West Hospital”ın təqdimatında komandamızın sağlamlıq durumu: “Qəbələ” Misli Premyer Liqasının III turunun sabah keçiriləcək oyununda “Sumqayıt”la qarşılaşacaq. Qəbələ şəhər stadionunda baş tutacaq qarşılaşmada iki futbolçu iştirak etməyəcək. Asif Məmmədov və Feras Abu Akal zədədən sonra bərpa prosesi keçir. Məmmədov fərdi məşqlərə də start verib. Bərpa prosesini başa vuran Zurab Oçiqava isə artıq komanda ilə hazırlığa başlayıb.
Xatırladaq ki, Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” – “Sumqayıt” görüşü saat 18:00-da başlayacaq.