“West Hospital”ın təqdimatında komandamızın sağlamlıq durumu: “Qəbələ” Misli Premyer Liqasının IV turunun sabah keçiriləcək oyununda “Neftçi” ilə qarşılaşacaq. Görüş “Neftçi Arena”da baş tutacaq.
Yalnız bir futbolçu zədə səbəbindən hazırlıqda iştirak etmir. Feras Abu Akal zədədən sonra bərpa prosesi keçir. Asif Məmmədov isə artıq komanda ilə məşqlərə qatılıb.
Xatırladaq ki, “Neftçi Arena”da keçiriləcək “Neftçi” - “Qəbələ” görüşü saat 18:30-da başlayacaq.