“West Hospital”ın təqdimatında komandamızın sağlamlıq durumu: “Qəbələ” Misli Premyer Liqasının V turunun bu gün keçiriləcək oyununda “Zirə” ilə qarşılaşacaq. Görüş Qəbələ şəhər stadionunda baş tutacaq.
“Qırmızı-qaralar”ın hazırlığında yalnız bir futbolçu iştirak etmir. Feras Abu Akal zədədən sonra bərpa prosesi keçir.
Xatırladaq ki, Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” – “Zirə” görüşü saat 18:00-da başlayacaq.