Sağlamlıq bülleteni
Xəbərlər / 6 Oktyabr 2023 | 20:451445
Sağlamlıq bülleteni

“West Hospital”ın təqdimatında komandamızın sağlamlıq durumu: “Qəbələ” Misli Premyer Liqasının IX turunun sabah keçiriləcək oyununda “Səbail”lə qarşılaşacaq. Matç Qəbələ şəhər stadionunda baş tutacaq. Ev görüşünün hazırlığında “qırmızı-qaralar”ın 4 futbolçusu iştirak etməyib.

Zədədən sonra bərpa prosesini başa vuran Urfan Abbasov artıq komanda ilə məşqlərə qoşulub. Gilad Abramov, Asif Məmmədov və Feras Abu Akal isə bərpa prosesini davam etdirirlər. 

Dizindən zədələnən Kristof Atanqana əməliyyat olunacaq. Qapıçı sabah İspaniyaya yollanacaq. O, oktyabrın 9-da müayinədən keçəcək. Bundan sonra əməliyyatın vaxtı müəyyənləşəcək.

Xatırladaq ki, sabah Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” – “Səbail” görüşü saat 16:00-da başlayacaq.