“West Hospital”ın təqdimatında komandamızın sağlamlıq durumu: “Qəbələ” Misli Premyer Liqasının X turunun sabah keçiriləcək oyununda “Araz-Naxçıvan”la qarşılaşacaq. Matç Qəbələ şəhər stadionunda baş tutacaq.
Ev görüşünün hazırlığında “qırmızı-qaralar”ın 3 futbolçusu iştirak etməyib. Asif Məmmədov, Feras Abu Akal və Kristof Atanqana bərpa prosesini davam etdirirlər.
Xatırladaq ki, sabah Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” – “Araz-Naxçıvan” görüşü saat 16:30-da başlayacaq.