Sağlamlıq bülleteni
Xəbərlər / 28 Oktyabr 2023 | 22:151647
Sağlamlıq bülleteni

“West Hospital”ın təqdimatında komandamızın sağlamlıq durumu: “Qəbələ” Misli Premyer Liqasının XI turunun sabah keçiriləcək oyununda “Sumqayıt”ın qonağı olacaq. Görüş Sumqayıtdakı “Kapital Bank Arena”da keçiriləcək.

Səfər matçının hazırlığında “qırmızı-qaralar”ın 3 futbolçusu iştirak etməyib. Asif Məmmədov və Feras Abu Akal bərpa prosesini davam etdirirlər. Emil Səfərov isə məşqdə zədələnib. Yarımmüdafiəçinin ayaq biləyinin oynaq bağları zədələnib. O, qarşıdakı həftədə bərpa prosesi keçəcək.

Qapıçı Kristof Atanqana sağalıb və komandaya qoşulub. Ötən oyunda zədə səbəbindən meydana çıxmayan Ahmed Ayzaya qarşıdakı matçda iştirak edəcək. 

Xatırladaq ki, sabah “Kapital Bank Arena”da keçiriləcək “Sumqayıt” - “Qəbələ”” görüşü saat 16:00-da başlayacaq.