“West Hospital”ın təqdimatında komandamızın sağlamlıq durumu: “Qəbələ” Misli Premyer Liqasının XII turunun sabah keçiriləcək oyununda “Neftçi”ni qəbul edəcək. Görüş Qəbələ şəhər stadionunda keçiriləcək.
Ev matçının hazırlığında “qırmızı-qaralar”ın 2 futbolçusu iştirak etməyib. Feras Abu Akal və Emil Səfərov bərpa prosesini davam etdirirlər. Asif Məmmədov isə komanda ilə məşqlərə başlayıb.
Xatırladaq ki, sabah Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” –“Neftçi” görüşü saat 16:00-da başlayacaq.