Sağlamlıq bülleteni
Xəbərlər / 11 Noyabr 2023 | 18:241873
Sağlamlıq bülleteni

“West Hospital”ın təqdimatında komandamızın sağlamlıq durumu: “Qəbələ” Misli Premyer Liqasının XIII turunun sabah keçiriləcək oyununda “Zirə”nin qonağı olacaq. Görüş Zirə İdman Kompleksinin stadionunda keçiriləcək.

Səfər matçının hazırlığında “qırmızı-qaralar”ın 3 futbolçusu iştirak etməyib. Feras Abu Akal və Emil Səfərov bərpa prosesini davam etdirirlər. Omar Hani isə məşqdə əzələsi dartıldığı üçün hazırlığa qatılmır. 

Xatırladaq ki, sabah Zirə İdman Kompleksinin stadionunda keçiriləcək “Zirə” - “Qəbələ” görüşü saat 16:30-da başlayacaq.