Sağlamlıq bülleteni
Xəbərlər / 14 Dekabr 2023 | 17:441969
Sağlamlıq bülleteni

“West Hospital”ın təqdimatında komandamızın sağlamlıq durumu: “Qəbələ” Misli Premyer Liqasının XVII turunun sabah keçiriləcək oyununda “Səbail”in qonağı olacaq. Görüş Bakıdakı “ASCO Arena”da baş tutacaq.

Səfər oyununun hazırlığında “qırmızı-qaralar”ın iki futbolçusu iştirak etməyib. Zurab Oçiqava və Feras Abu Akal bərpa prosesi keçir. 

Xatırladaq ki, sabah “ASCO Arena”da keçiriləcək “Səbail” - “Qəbələ” görüşü saat 13:00-da başlayacaq.