“Qəbələ”nin futbolçusu Şahin Şahniyarov Azərbaycan milli komandasında debüt edib.
O, yığmamızın Belarusla yoldaşlıq oyununda meydana çıxıb. 20 yaşlı yarımmüdafiəçi “Bank Respublika Arena”da təşkil olunan qarşılaşmanın start heyətində yer alıb. Şahniyarov 62 dəqiqə meydanda olub.
O, matçdan sonra debütü barədə fikirlərini klubumuzun mətbuat xidmətinə açıqlayıb: “Komanda yoldaşlarıma və məşqçilərimizə təşəkkürümü bildirirəm. Milli komandaya dəvət olunarkən özümü çox xoşbəxt hiss edirdim. Debüt matçı isə mənim üçün daha çox maraqlı oldu. Milli forması ilə ilk matçıma çıxdığım üçün çox sevincliyəm. Necə çıxış etdiyimi deyə bilmərəm, buna məşqçilərim qərar verəcək. Lakin istənilən halda öz üzərimdə daha çox işləməli olduğumu bilirəm. Ümid edirəm ki, milli komandanın heyətində və oyunlarda mütəmadi olaraq yer alacam”.
Qeyd edək ki, Azərbaycan və Belarus yığmalarının görüşündə qonaqlar 2:0 hesablı qələbə qazanıblar.