Böyük Britaniyanın paytaxtı Londonda boks üzrə Avropa Olimpiya Təsnifat Turnirinə start verilib. Azərbaycan milli komandasının və “Qəbələ” İdman Klubunun boksçusu Kamran Şahsuvarlı ilk yarış günündə rinqə çıxıb. 75 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz 1/32 finalda Edin Avdiçlə (Avstriya) üz-üzə gəlib. O, rəqibini 4:1 (28:29, 29:28, 29:28, 30:27, 29:28) hesabı ilə məğlubiyyətə uğradıb. Şahsuvarlı 1/16 finalda dünya və Avropa çempionu, həmçinin Avropa Oyunlarının qalibi ukraynalı Aleksandr Xijnyakla döyüşəcək. Bu qarşılaşma martın 16-da baş tutacaq.