Salman Ələsgərov əməliyyat olundu
Xəbərlər / 28 Yanvar 2025 | 21:42298
Salman Ələsgərov əməliyyat olundu

“Qəbələ”nin futbolçusu Salman Ələsgərov əməliyyat olunub. 23 yaşlı yarımmüdafiəçi 2-ci tip aksesuar navikulyar sümüyün ayrılması və tibialis posterior vətərinin ana navikulyar sümüyə tenodezi ilə bağlı cərrahi müdaxiləyə məruz qalıb.

 

Ələsgərovun “Liv Bona Dea Hospital”da gerçəkləşən əməliyyatı uğurlu keçib. Futbolçunun ayağı 1 ay gipsdə qalacaq. Ardınca 3 aya qədər gücləndirmə məşqləri keçəcək Salman bundan sonra meydanda hazırlığa start verəcək.

 

Qeyd edək ki, Ələsgərov cari mövsümdə I Liqada keçirdiyi 5 oyunda 1 qol vurub.