Azərbaycan Premyer Liqasında XXVII turun təyinatları açıqlanıb. Mayın 15-də keçiriləcək matçların hakimləri, həmçinin hakim-inspektor və AFFA nümayəndələri müəyyənləşib. Səfərdə “Şamaxı” ilə qarşılaşacaq “Qəbələ”nin oyununa təyinatlar da bəlli olub. Görüşü Elçin Məsiyev idarə edəcək. Onun köməkçiləri Elşad Abdullayev və Pərvin Talıbov olacaq. Dördüncü hakim funksiyasını isə Kamal Umudlu yerinə yetirəcək.
Xatırladaq ki, mayın 15-də Şamaxı şəhər stadionunda baş tutacaq matç saat 17:00-da başlayacaq.
Azərbaycan Premyer Liqası
XXVII tur
15 may (bazar)
17:00. “Şamaxı” – “Qəbələ”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamal Umudlu
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Seymur Səlimli
Şamaxı şəhər stadionu