«Şamaxı» - «Qəbələ» oyununun hakimləri müəyyənləşdi
Xəbərlər / 13 Oktyabr 2022 | 14:35911
«Şamaxı» - «Qəbələ» oyununun hakimləri müəyyənləşdi

Misli Premyer Liqasında X turun təyinatları açıqlanıb. Oktyabrın 14-16-da keçiriləcək matçların hakimləri müəyyənləşib. “Qəbələ”nin “Şamaxı” ilə səfər qarşılaşmasının da təyinatları bəlli olub. 

Mövsümün II dövrəsinin ilk görüşünüı Rauf Allahverdiyev idarə edəcək. Onun köməkçiləri Namiq Hüseynov və Cavanşir Yusifov olacaq. Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək. 

Xatırladaq ki, oktyabrın 14-də Şamaxı şəhər stadionunda baş tutacaq qarşılaşma saat 15:00-da başlayacaq.

 

Misli Premyer Liqası

X tur

14 oktyabr (cümə)

15:00. “Şamaxı” – “Qəbələ”
Hakimlər: Rauf Allahverdiyev, Namiq Hüseynov, Cavanşir Yusifov, Fərid Hacıyev
VAR: Cavid Cəlilov
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Feyzulla Feyzullayev
Şamaxı şəhər stadionu