«Şamaxı» - «Qəbələ» oyununun hakimləri müəyyənləşdi
Xəbərlər / 22 May 2023 | 13:362063
«Şamaxı» - «Qəbələ» oyununun hakimləri müəyyənləşdi

Misli Premyer Liqasında XXXV turun ikinci gününün təyinatları açıqlanıb. Bu gün keçiriləcək matçların hakimləri də müəyyənləşib. “Qəbələ”nin “Şamaxı” ilə səfər qarşılaşmasının da təyinatları bəlli olub. 

Bu görüşü Fərid Hacıyev idarə edəcək. Onun köməkçiləri Kamran Bayramov və Rəhman İmami olacaq. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək. 

Xatırladaq ki, Şamaxı şəhər stadionunda baş tutacaq qarşılaşma saat 16:30-da başlayacaq.

 

Misli Premyer Liqası

XXXV tur

22 may (bazar ertəsi)

16:30. “Şamaxı” – “Qəbələ”
Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Rəhman İmami, Kamal Umudlu
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Elçin Məmmədov
Şamaxı şəhər stadionu