Misli Premyer Liqasında XVII turun təyinatları açıqlanıb.
Yanvarın 24-də keçiriləcək “Şamaxı” – “Qəbələ” oyununun baş hakimi Rəşad Əhmədov olacaq. Ona Rəhman İmami və Teymur Teymurov kömək edəcəklər.
Dördüncü hakim funksiyasını Əkbər Əhmədov yerinə yetirəcək. Kamranbəy Rəhimov VAR, Müslüm Əliyev AVAR, Şahin Cəfərov hakim-inspektor, Seymur Səlimli AFFA nümayəndəsi olacaq.
Qeyd edək ki, Şamaxı şəhər stadionunda baş tutacaq matç saat 14:00-da başlayacaq.