“Şamaxı” – “Qəbələ” oyununun hakimləri müəyyənləşdi
Xəbərlər / 26 Noyabr 2026 | 16:0220
“Şamaxı” – “Qəbələ” oyununun hakimləri müəyyənləşdi

Misli Premyer Liqasında XIII turun təyinatları açıqlanıb.

 

Noyabrın 29-da keçiriləcək “Şamaxı” – “Qəbələ” oyununu Rəşad Əhmədov idarə edəcək. Onun köməkçiləri Eyyub İbrahimov və Müslüm Əliyev, dördüncü hakim Ruslan Quliyev olacaq.

Qarşılaşmada Cavid Cəlilov VAR, Kərim Zeynalov AVAR funksiyasını yerinə yetirəcək. Görüşün hakim-inspektoru Anar Salmanov, AFFA nümayəndəsi Asif Əliyev olacaq.

 

Qeyd edək ki, Şamaxı şəhər stadionunda keçiriləcək matç saat 14:30-da başlayacaq.