«Şamaxı» - «Qəbələ» oyununun vaxtı müəyyənləşdi
Xəbərlər / 10 May 2022 | 21:30446
«Şamaxı» - «Qəbələ» oyununun vaxtı müəyyənləşdi

Azərbaycan Premyer Liqasında XXVII turun oyun cədvəli açıqlanıb. Mövsümün sonuncudan əvvəlki turunun matçları eyni gün ərzində keçiriləcək. “Qəbələ”nin “Şamaxı” ilə səfər qarşılaşması da mayın 15-də baş tutacaq. “Qırmızı-qaralar” mövsümün son səfər matçını Şamaxı şəhər stadionunda keçirəcək. Qarşılaşma saat 17:00-da başlayacaq.

Xatırladaq ki, matç Peşəkar Futbol Liqasının yutub kanalı vasitəsilə canlı yayımlanacaq.

 

Azərbaycan Premyer Liqası

XXVII tur

15 may (bazar)

17:00. “Şamaxı” – “Qəbələ”

Şamaxı şəhər stadionu (pfl.az/canlı)