“Şamaxı” – “Qəbələ” – 2:0
Ayman Bouali, 11, Edqar Adilxanov, 61
“Qəbələ” növbəti oyununu keçirib.
“Qırmızı-qaralar” Misli Premyer Liqasının XIII turunda “Şamaxı” ilə qarşılaşıb. Görüş Şamaxı şəhər stadionunda baş tutub. Hər hissədə bir qol vuran rəqib 2:0 hesablı qələbə qazanıb.
Qeyd edək ki, “Qəbələ” növbəti oyununu dekabrın 2-də keçirəcək. Komandamız Azərbaycan kubokunun 1/8 final mərhələsində “Şahdağ Qusar”ı qəbul edəcək. Qəbələ şəhər stadionunda baş tutacaq matç saat 16:00-da başlayacaq.