Samboçulardan 13 medal
Xəbərlər / 18 Yanvar 2022 | 00:19231
Samboçulardan 13 medal

Sambo üzrə yeniyetmələr, gənclər və kişilər arasında Azərbaycan çempionatı başa çatıb. “Qəbələ” İdman Klubunun təmsilçiləri yarışda 13 medal qazanıblar.

Yeniyetmə samboçularımız çempionatda 7 dəfə fəxri kürsüyə qalxıblar. İdmançılarımız 3 qızıl, 2 gümüş və 2 bürünc medal əldə ediblər. Fərid Zərbəliyev (53kq), Musaxan Gülməmmədov (64kq) və Toğrul Ibrahimov (79 kq) bütün rəqiblərinə qalib gələrək çempion adına yiyələnib. Rəşad Əhmədovla (53 kq) Pünhan Göyüşov (71kq) yalnız finalda uduzaraq ikinci olub. İbrahim İsayev (64 kq) və Qismət Məmmədzadə (79 kq) bürünc medalla kifayətlənib.

Gənc samboçularımız 3 bürünc medal əldə ediblər. Sahib Babayev 58 kq, Mövlan Nadirov 71 kq, Murad Bəşirov 79 kq çəkidə fərqlənib.

Kişilərin mübarizəsində samboçularımız bir gümüş və iki bürünc qazanıblar. Kənan Babayev (58kq) ikinci yeri tutub. Eyvaz Baxşıyevlə (64 kq) Elgiz Salayev (71 kq) üçüncü yerə sahib çıxıb.