Samboçumuzdan bürünc medal 
Xəbərlər / 13 May 2024 | 11:361396
Samboçumuzdan bürünc medal 

Azərbaycan millisinin və “Qəbələ” İdman Klubunun samboçusu Roman Qarayev növbəti uğuruna imza atıb. O, yeniyetmələrin Avropa birinciliyində fərqlənib.

 

İdmançımız Serbiyanın Novi Sad şəhərindəki yarışda 79 kq çəkidə mübarizə aparıb. Üçüncü yeri tutan Qarayev bürünc medal qazanıb.