Sambu Sissoko “Qəbələ”də
Xəbərlər / 11 Fevral 2026 | 13:0712994
Sambu Sissoko “Qəbələ”də

“Qəbələ” transfer “pəncərəsi”nin son günündə heyətinə daha bir futbolçu cəlb edib.

 

“Qırmızı-qaralar” 26 yaşlı dayaq yarımmüdafiəçisi Sambu Sissokonu Fransanın “Valensiyen” klubundan mövsümün sonuna qədər icarəyə götürüb. 

 

Sonuncu komandası “Valensiyen” olan fransalı futbolçu daha öncə vətənində “Reyms”, Ukraynada “Vorskla”,  Belçikada “Seren” kimi klubların formasını geyinib.

 

O, Fransanın U-19 və U-21 millilərinin heyətində çıxış edib.