Samir Zərgərovun 100-cü oyunu
Xəbərlər / 30 Oktyabr 2015 | 20:40225
Samir Zərgərovun 100-cü oyunu

“Qəbələ”nin futbolçusu Samir Zərgərov “qırmızı-qara” formada 100-cü oyununu keçirəcək. 29 yaşlı yarımmüdafiəçi Topaz Premyer Liqasının “Kəpəz”lə oktyabrın 31-də keçiriləcək qarşılaşmasında meydana çıxsa, yubiley oyununu qeyd edəcək.
2006-2009-cu illərdə “Qəbələ”də çıxış edib, 2015-ci ilin yayında komandamıza qayıdan Zərgərov indiyədək 99 matçda “qırmızı-qaralar”ın sıralarında olub. O, bu oyunların 78-ni Premyer Liqada, 15-ni ölkə kubokunda, 6-nı UEFA Avropa Liqasında keçirib.
Samir klub tarixində 100 və daha çox oyun keçirən 4-cü futbolçu olacaq. Ona qədər Dodo (147 oyun), Viktor Mendi (127 oyun) və Ürfan Abbasov (111 oyun) buna nail olublar. Hazırda 99 oyun keçirən Pavel Doroşevlə birlikdə 4-cü göstəriciyə malik Zərgərovun hesabında 12 qol var. Yarımmüdafiəçi klub tarixinin ən yaxşı bombardirləri siyahısında 9-11-ci yerləri bölən 3 futbolçudan biridir.
“Qəbələ”nin oyunlarında 5 dəfə penalti zərbəsi yerinə yetirib, bunların 3-də qol vuran Samir kubok matçında penaltilər seriyasında da qapını dəqiq nişan alıb.
Xatırladaq ki, yarımmüdafiəçi komandamızda ilk oyununu 2006-cı il avqustun 5-də keçirib. O, “qırmızı-qaralar” Premyer Liqada keçirdiyi ilk qarşılaşmada “İnter”ə qarşı 90 dəqiqə forma geyinib.    

Mövsüm  Turnir Oyun Dəqiqə Qol Sarı Qırmızı
2006/07  Premyer Liqa 21 1507 1 4  0
2006/07 Kubok 4 144 1 0 0
2007/08 Premyer Liqa 24 1258 3  8 0
2007/08 Kubok 7 418  2  0 0
2008/09 Premyer Liqa 24 1504  3  4  0
2008/09 Kubok 4 216 0 1 0
2015/16  UEFA Avopa Liqası 6 176 0 1 0
2015/16 Premyer Liqa 9 650  2  2  0
2015/16 CƏMİ 99 5873  12  20  0