«Şans verildiyi an meydançaya çıxmağa hazıram»
Xəbərlər / 9 Sentyabr 2013 | 12:54315
«Şans verildiyi an meydançaya çıxmağa hazıram»

Mövsümlərarası fasilədə "qırmızı-qaralar"ın heyətinə qatılan, lakin keçmiş klubu "Volın"ın (Ukrayna) keçidin rəsmiləşməsinə əngəllər törətməsi səbəbindən "Qəbələ"də debütü reallaşmayan Daniel Subotiç FİFA-nın məsələyə qarışmasından sonra rəsmən "qırmızı-qaralar"ın futbolçusuna çevrilib. Kollektivə qatıldığı gündən məşqlərə ara verməyən hücumçu özünü meydançaya çıxmağa hazır sayır. Daim həvəslə məşq etdiyini deyən Subotiç gabalafc.az-a açıqlamasında şans gözlədiyini bildirib:
"Qəbələ"yə gəldiyim gündən məşqlərə ara verməmişəm. Daim hər matçda oyuna çıxacaq kimi hazırlaşmışam. Bu səbəbdən də hər zaman meydançaya çıxmağa hazıram. Növbəti oyunlarda şansımı gözləyəcəm. Düzdür, oyun praktikasında komanda yoldaşlarımdan geri qalıram. Amma oynamaqla bu çatışmazlığı qısa müddətdə aradan qaldıra bilərəm. Heyətdəki futbolçuları yaxşı tanıyıram, bir-birimizə uyğunlaşmışıq".