«Şaxtyor»dan təşəkkür məktubu
Xəbərlər / 7 İyun 2013 | 06:10462
«Şaxtyor»dan təşəkkür məktubu

II Qəbələ Kubokunun iştirakçılarından olan və turniri IV pillədə tamamlayan "Şaxtyor" "Qəbələ" İdman Klubuna təşkilatçılıqla bağlı təşəkkür məktubu ünvanlayıb. "Şaxtyor" Futbol Akademiyasının direktoru Aleksandr Funderat imzalı məktubda "Qəbələ"yə dəvətə və turnir müddətində komanda üçün yaradılan gözəl şəraitə görə minnətdarlıq bildirilib. Məktubda həmçinin gələcəkdə iki klub arasında dostluq münasibətlərin inkişafına ümidvarlıq vurğulanıb.