Bu həftə Azərbaycan Premyer Liqasında XVII turun oyunları keçiriləcək. “Qəbələ” səfərdə “Səbail”lə qarşılaşacaq. “Qırmızı-qaralar” tarixdə 13-cü dəfə Bakı təmsilçisi ilə görüşəcək. İndiyədək iki rəqib arasında 12 matç baş tutub. Bu qarşılaşmalarda üstünlük komandamızın tərəfindədir. 7 dəfə paytaxt təmsilçisinə qalib gələn “Qəbələ” 3 heç-heçə edib və 2 matçda uduzub. Rəqib qapısından 23 top keçirən futbolçularımız 11 qol buraxıblar. Komandamızın ən yaxşı bombardiri “Səbail”in qapısına 6 qol vuran Baqali Dabodur. Famussa kone və Ceyms Adeniyi hərəyə 3 dəfə fərqlənib.
Əvvəlki oyunlardan ikisi Azərbaycan kuboku, onu Premyer Liqa çərçivəsində keçirilib. Çempionatdakı görüşlərdən beşində qələbə qazanan “Qəbələ” üç heç-heçə edib və iki dəfə uduzub. Top fərqi də “qırmızı-qaralar”ın xeyrinədir – 18:9. Səfərdəki 6 matçda 2 qələbə və 2 heç-heçəsi olan komandamız 2 dəfə məğlub olub. Rəqib meydanında 10 qola sevinən futbolçularımız 8 top buraxıblar.
Xatırladaq ki, fevralın 16-da keçiriləcək “Səbail” – “Qəbələ” görüşü saat 16:30-da başlayacaq.
2017/18 mövsümü
17.09.2017. Premyer Liqa. “Səbail” – “Qəbələ” – 1:3
Vüqar Nadirov, 56 // Baqali Dabo, 42, 90+3; Asif Məmmədov, 60
04.11.2017. Premyer Liqa. “Qəbələ” – “Səbail” – 3:1
Famussa Kone, 16; Baqali Dabo, 29; 83 // Eltun Yaqublu, 88
11.12.2017. Azərbaycan kuboku. “Qəbələ” – “Səbail” – 1:0
Stiven Monroz, 59
15.12.2017. Azərbaycan kuboku. “Səbail” – “Qəbələ” – 2:4
Adrian Popoviçi, 16; Elman Taqayev, 78 // Filip Ozobiç, 22; Ruslan Qurbanov, 44; Famussa Kone, 56; Baqali Dabo, 75
24.02.2018. Premyer Liqa. “Səbail” – “Qəbələ” – 2:1
Vitali Vernidub, 25 (ö.q); Fəhmin Muradbəyli, 57 // Baqali Dabo, 68
15.04.2018. Premyer Liqa. “Qəbələ” – “Səbail” – 1:1
Famussa Kone, 82 // Fəhmin Muradbəyli, 55
2018/19 mövsümü
12.08.2018. Premyer Liqa. “Qəbələ” – “Səbail” – 3:0
Asif Məmmədov, 23; Urfan Abbasov, 63; Ceyms Adeniyi, 82
09.12.2018. Premyer Liqa. “Səbail” – “Qəbələ” – 0:0
10.03.2019. Premyer Liqa. “Qəbələ” – “Səbail” –2:1
Ceyms Adeniyi, 49, 55 // Elvin Yunuszadə, 84
27.04.2019. Premyer Liqa. “Səbail” – “Qəbələ” – 2:1
Fəhmin Muradbəyli, 20; Ağabala Ramazanov, 25 // Bəhlul Mustafazadə, 41
2019/20 mövsümü
21.09.2019. Premyer Liqa. “Səbail” – “Qəbələ” – 1:1
Mirabdulla Abbasov, 68 // Rövlan Muradov, 17
09.11.2019. Premyer Liqa. “Qəbələ” – “Səbail” – 3:0
Davit Volkov, 22, 45+2; Ülvi İsgəndərov, 90+2