Bu gün Azərbaycan Premyer Liqasında X tura start veriləcək. Milli komandaların oyunları ilə əlaqədar yaranacaq fasilə ərəfəsindəki tur iki günü əhatə edəcək. “Qəbələ” turun ikinci günündə “Səbail”lə görüşəcək. “Qırmızı-qaralar” rəqibi ilə səfərdə qarşılaşacaq.
Bu, iki komanda arasında 19-cu matç olacaq. Əvvəlki 18 oyunda üstünlük “Qəbələ”nin tərəfindədir. 9 qələbəsi olan “Qəbələ” 5 görüşdən sülhlə ayrılıb. Komandamız 4 matçda uduzub. Bu üstünlük top fərqində də əksini tapıb – 34:18. Baqali Dabo “Səbail”ə qarşı görüşlərdə hamıdan çox - 6 qola imza atıb.
“Qırmızı-qaralar” Bakı təmsilçisi ilə 16 dəfə çempionat, 2 dəfə kubokda üz-üzə gəlib. Premyer Liqada 7 qələbə qazanan komandamız 5 dəfə bir xalla kifayətlənib. Digər 4 oyunda “Səbail” qalib gəlib. 29 qol vuran “Qəbələ” 16 top buraxıb.
Rəqib meydanında 10-cu dəfə “Səbail”lə qarşılaşacaq “qırmızı-qaralar” səfərdə 3 qələbə və 2 heç-heçəyə imza atıb. Digər 4 görüşdə meydan sahibləri qalib olub. Bu matçlarda 14 qola imza atan futbolçularımız 13 top buraxıb.
Xatırladaq ki, noyabrın 7-də “ASCO Arena”da keçiriləcək “Səbail” - “Qəbələ” matçı saat 15:00-da başlayacaq.
2017/18 mövsümü
17.09.2017. Premyer Liqa. “Səbail” – “Qəbələ” – 1:3
Vüqar Nadirov, 56 // Baqali Dabo, 42, 90+3; Asif Məmmədov, 60
04.11.2017. Premyer Liqa. “Qəbələ” – “Səbail” – 3:1
Famussa Kone, 16; Baqali Dabo, 29; 83 // Eltun Yaqublu, 88
11.12.2017. Azərbaycan kuboku. “Qəbələ” – “Səbail” – 1:0
Stiven Monroz, 59
15.12.2017. Azərbaycan kuboku. “Səbail” – “Qəbələ” – 2:4
Adrian Popoviçi, 16; Elman Taqayev, 78 // Filip Ozobiç, 22; Ruslan Qurbanov, 44; Famussa Kone, 56; Baqali Dabo, 75
24.02.2018. Premyer Liqa. “Səbail” – “Qəbələ” – 2:1
Vitali Vernidub, 25 (ö.q); Fəhmin Muradbəyli, 57 // Baqali Dabo, 68
15.04.2018. Premyer Liqa. “Qəbələ” – “Səbail” – 1:1
Famussa Kone, 82 // Fəhmin Muradbəyli, 55
2018/19 mövsümü
12.08.2018. Premyer Liqa. “Qəbələ” – “Səbail” – 3:0
Asif Məmmədov, 23; Urfan Abbasov, 63; Ceyms Adeniyi, 82
09.12.2018. Premyer Liqa. “Səbail” – “Qəbələ” – 0:0
10.03.2019. Premyer Liqa. “Qəbələ” – “Səbail” –2:1
Ceyms Adeniyi, 49, 55 // Elvin Yunuszadə, 84
27.04.2019. Premyer Liqa. “Səbail” – “Qəbələ” – 2:1
Fəhmin Muradbəyli, 20; Ağabala Ramazanov, 25 // Bəhlul Mustafazadə, 41
2019/20 mövsümü
21.09.2019. Premyer Liqa. “Səbail” – “Qəbələ” – 1:1
Mirabdulla Abbasov, 68 // Rövlan Muradov, 17
09.11.2019. Premyer Liqa. “Qəbələ” – “Səbail” – 3:0
Davit Volkov, 22, 45+2; Ülvi İsgəndərov, 90+2
16.02.2020. Premyer Liqa. “Səbail” – “Qəbələ” – 3:1
Mirsahib Abbasov, 57; Rauf Əliyev, 70; Hendrik Ekşteyn, 82 (p.) // Nikolas Raysel, 16
2020/21 mövsümü
24.10.2020. Premyer Liqa. “Qəbələ” – “Səbail” – 1:1
Yurqen Qoxa, 4 // Hendrik Ekşteyn, 26
24.12.2020. Premyer Liqa. “Səbail” – “Qəbələ” – 1:3
Turan Manafov, 52 // Ülvi İsgəndərov, 20; Asif Məmmədov, 28; Ceyms Adeniyi, 90+3
09.03.2021. Premyer Liqa. “Qəbələ” – “Səbail” – 1:1
Rafael Utriq, 78 // Amil Yunanov, 57
03.05.2021. Premyer Liqa. “Səbail” – “Qəbələ” – 1:0
Amil Yunanov, 61
2021/22 mövsümü
Premyer Liqa. “Qəbələ” – “Səbail” – 5:0
Rövlan Muradov, 65, Ülvi İsgəndərov, 84, Ehtiram Şahverdiyev, 89, Rafael Utziq, 90+1, İsnik Alimi, 90+5