Milli komandaların matçları ilə əlaqədar Misli Premyer Liqasında yaranan fasilə bu həftə başa çatacaq. VIII turun ilk oyun günündə bir qarşılaşma baş tutacaq. Günün yeganə oyununda “Qəbələ” “Səbail”lə üz-üzə gələcək.
Elmar Baxşıyevin baş məşqçisi olduğu komanda Bakı klubunun meydanında qüvvəsini sınayacaq. “ASCO Arena”dakı görüş rəqiblər arasında 22-ci matç olacaq. Əvvəlki 21 oyunda “Qəbələ” üstünlüyə malikdir. 11 qələbəsi olan “qırmızı-qaralar”5 görüşdən sülhlə ayrılıb və eyni sayda matçda uduzub. 38 qol vuran komandamız 21 top buraxıb. Baqali Dabo “Səbail”ə daha çox - 6 qol vurub.
“Qırmızı-qaralar” paytaxt təmsilçisi ilə 19 dəfə çempionat, 2 dəfə kubokda üz-üzə gəlib. Premyer Liqada 9 qələbə qazanan komandamız 5 dəfə bir xalla kifayətlənib. Digər 5 oyunda “Səbail” qalib gəlib. 33 qol vuran “Qəbələ” 19 top buraxıb.
Rəqib meydanında 12-ci dəfə “Səbail”lə qarşılaşacaq “qırmızı-qaralar” səfərdə 4 qələbə və 2 heç-heçəyə imza atıb. 5 görüşdə meydan sahibləri qalib gəlib. Bu matçlarda komandalar hərəyə 16 dəfə fərqlənib.
Xatırladaq ki, sentyabrın 30-da “ASCO Arena”da keçiriləcək “Səbail” - “Qəbələ” matçı saat 19:00-da başlayacaq.
2017/18 mövsümü
17.09.2017. Premyer Liqa. “Səbail” – “Qəbələ” – 1:3
Vüqar Nadirov, 56 // Baqali Dabo, 42, 90+3; Asif Məmmədov, 60
04.11.2017. Premyer Liqa. “Qəbələ” – “Səbail” – 3:1
Famussa Kone, 16; Baqali Dabo, 29; 83 // Eltun Yaqublu, 88
11.12.2017. Azərbaycan kuboku. “Qəbələ” – “Səbail” – 1:0
Stiven Monroz, 59
15.12.2017. Azərbaycan kuboku. “Səbail” – “Qəbələ” – 2:4
Adrian Popoviçi, 16; Elman Taqayev, 78 // Filip Ozobiç, 22; Ruslan Qurbanov, 44; Famussa Kone, 56; Baqali Dabo, 75
24.02.2018. Premyer Liqa. “Səbail” – “Qəbələ” – 2:1
Vitali Vernidub, 25 (ö.q); Fəhmin Muradbəyli, 57 // Baqali Dabo, 68
15.04.2018. Premyer Liqa. “Qəbələ” – “Səbail” – 1:1
Famussa Kone, 82 // Fəhmin Muradbəyli, 55
2018/19 mövsümü
12.08.2018. Premyer Liqa. “Qəbələ” – “Səbail” – 3:0
Asif Məmmədov, 23; Urfan Abbasov, 63; Ceyms Adeniyi, 82
09.12.2018. Premyer Liqa. “Səbail” – “Qəbələ” – 0:0
10.03.2019. Premyer Liqa. “Qəbələ” – “Səbail” –2:1
Ceyms Adeniyi, 49, 55 // Elvin Yunuszadə, 84
27.04.2019. Premyer Liqa. “Səbail” – “Qəbələ” – 2:1
Fəhmin Muradbəyli, 20; Ağabala Ramazanov, 25 // Bəhlul Mustafazadə, 41
2019/20 mövsümü
21.09.2019. Premyer Liqa. “Səbail” – “Qəbələ” – 1:1
Mirabdulla Abbasov, 68 // Rövlan Muradov, 17
09.11.2019. Premyer Liqa. “Qəbələ” – “Səbail” – 3:0
Davit Volkov, 22, 45+2; Ülvi İsgəndərov, 90+2
16.02.2020. Premyer Liqa. “Səbail” – “Qəbələ” – 3:1
Mirsahib Abbasov, 57; Rauf Əliyev, 70; Hendrik Ekşteyn, 82 (p.) // Nikolas Raysel, 16
2020/21 mövsümü
24.10.2020. Premyer Liqa. “Qəbələ” – “Səbail” – 1:1
Yurqen Qoxa, 4 // Hendrik Ekşteyn, 26
24.12.2020. Premyer Liqa. “Səbail” – “Qəbələ” – 1:3
Turan Manafov, 52 // Ülvi İsgəndərov, 20; Asif Məmmədov, 28; Ceyms Adeniyi, 90+3
09.03.2021. Premyer Liqa. “Qəbələ” – “Səbail” – 1:1
Rafael Utriq, 78 // Amil Yunanov, 57
03.05.2021. Premyer Liqa. “Səbail” – “Qəbələ” – 1:0
Amil Yunanov, 61
2021/22 mövsümü
18.09.2021. Premyer Liqa. “Qəbələ” – “Səbail” – 5:0
Rövlan Muradov, 65, Ülvi İsgəndərov, 84, Ehtiram Şahverdiyev, 89, Rafael Utziq, 90+1, İsnik Alimi, 90+5
07.11.2021. Premyer Liqa. “Səbail” – “Qəbələ” – 0:2
Emil Səfərov, 88, Məqsəd İsayev, 90+5
19.02.2022. Premyer Liqa. “Səbail” – “Qəbələ” – 0:2
Ülvi İsgəndərov, 79; İsnik Alimi, 90+7
10.04.2022. Premyer Liqa. “Səbail” – “Qəbələ” – 3:0
Adil Nağıyev, 41; Nikolas Raysel, 68; İbrahim Aslanlı, 73