«Səbail» - «Qəbələ»: 26-cı duel
Xəbərlər / 25 Aprel 2023 | 12:151527
«Səbail» - «Qəbələ»: 26-cı duel

Bu həftə Azərbaycan kubokunda yarımfinal mərhələsinin cavab oyunları keçiriləcək. “Qəbələ” Bakıda “Səbail”lə üz-üzə gələcək. Aprelin 27-də keçiriləcək matç komandaların 26-cı dueli olacaq. Əvvəlki qarşılaşmalarda “Qəbələ” böyük üstünlüyə malikdir. İndiyədək keçirilən 25 görüşdə 14 qələbəsi olan “qırmızı-qaralar” 6 görüşdən sülhlə ayrılıb. Paytaxt təmsilçisi isə 5 dəfə qalib gəlib. Rəqib qapısından 47 top keçirən “Qəbələ” 27 qol buraxıb. Ülvi İsgəndərovla Baqali Dabo “Səbail”ə daha çox – hərəyə 6 qol vurub. Yarımfinalın ilk görüşündə dubl müəllifi olan Rafael Utziqin hesabında 4 top var. Cari mövsümə təsadüf edən 4 matçda uduzmayan “qırmızı-qaralar” hər görüşdə ən azı 2 dəfə rəqib qapısına yol tapıb.

“Qəbələ” “Səbail”lə 22 dəfə çempionat, 3 dəfə kubokda üz-üzə gəlib. Kubok çərçivəsindəki bütün oyunlarda “qırmızı-qaralar” qalib gəlib. 2017/18 mövsümündə 1:0 və 4:2 hesablı qələbələrə imza atan komandamız bu dəfə də duelə qalibiyyətlə başlayıb – 3:2.

Rəqib meydanında 14-cü dəfə “Səbail”lə qarşılaşacaq “qırmızı-qaralar” səfərdə 5 qələbə və 3 heç-heçəyə nail olub. Digər 5 matçda isə meydan sahibləri qalib gəlib. Bu qarşılaşmalarda top fərqi “Qəbələ”nin xeyrinədir – 20-19.

Xatırladaq ki, aprelin 27-də keçiriləcək oyun “ASCO Arena”da baş tutacaq. Matç saat 20:00-da start götürəcək. Mayın 1-də isə komandalar Premyer Liqada üz-üzə gələcək. Həmin görüş Qəbələdə təşkil olunacaq.

 

2017/18 mövsümü

17.09.2017. Premyer Liqa. “Səbail” – “Qəbələ” – 1:3

Vüqar Nadirov, 56 // Baqali Dabo, 42, 90+3; Asif Məmmədov, 60

04.11.2017. Premyer Liqa. “Qəbələ” – “Səbail” – 3:1

Famussa Kone, 16; Baqali Dabo, 29; 83 // Eltun Yaqublu, 88

11.12.2017. Azərbaycan kuboku. “Qəbələ” – “Səbail” – 1:0

Stiven Monroz, 59

15.12.2017. Azərbaycan kuboku. “Səbail” – “Qəbələ” – 2:4

Adrian Popoviçi, 16; Elman Taqayev, 78 // Filip Ozobiç, 22; Ruslan Qurbanov, 44; Famussa Kone, 56; Baqali Dabo, 75

24.02.2018. Premyer Liqa. “Səbail” – “Qəbələ” – 2:1

Vitali Vernidub, 25 (ö.q); Fəhmin Muradbəyli, 57 // Baqali Dabo, 68

15.04.2018. Premyer Liqa. “Qəbələ” – “Səbail” – 1:1

Famussa Kone, 82 // Fəhmin Muradbəyli, 55

 

2018/19 mövsümü

 12.08.2018. Premyer Liqa. “Qəbələ” – “Səbail” – 3:0

Asif Məmmədov, 23; Urfan Abbasov, 63; Ceyms Adeniyi, 82

09.12.2018. Premyer Liqa. “Səbail” – “Qəbələ” – 0:0

10.03.2019. Premyer Liqa. “Qəbələ” – “Səbail” –2:1 

Ceyms Adeniyi, 49, 55 // Elvin Yunuszadə, 84

27.04.2019. Premyer Liqa. “Səbail” – “Qəbələ” – 2:1 

Fəhmin Muradbəyli, 20; Ağabala Ramazanov, 25 // Bəhlul Mustafazadə, 41

 

2019/20 mövsümü

21.09.2019. Premyer Liqa. “Səbail” – “Qəbələ” – 1:1

Mirabdulla Abbasov, 68 // Rövlan Muradov, 17

09.11.2019. Premyer Liqa. “Qəbələ” – “Səbail” – 3:0

Davit Volkov, 22, 45+2; Ülvi İsgəndərov, 90+2

16.02.2020. Premyer Liqa. “Səbail” – “Qəbələ” – 3:1

Mirsahib Abbasov, 57; Rauf Əliyev, 70; Hendrik Ekşteyn, 82 (p.) // Nikolas Raysel, 16

 

2020/21 mövsümü

24.10.2020. Premyer Liqa. “Qəbələ” – “Səbail” – 1:1

Yurqen Qoxa, 4 // Hendrik Ekşteyn, 26

24.12.2020. Premyer Liqa. “Səbail” – “Qəbələ” – 1:3

Turan Manafov, 52 // Ülvi İsgəndərov, 20; Asif Məmmədov, 28; Ceyms Adeniyi, 90+3

09.03.2021. Premyer Liqa. “Qəbələ” – “Səbail” – 1:1

Rafael Utriq, 78 // Amil Yunanov, 57

03.05.2021. Premyer Liqa. “Səbail” – “Qəbələ” – 1:0

Amil Yunanov, 61

 

2021/22 mövsümü

18.09.2021. Premyer Liqa. “Qəbələ” – “Səbail” – 5:0

Rövlan Muradov, 65, Ülvi İsgəndərov, 84, Ehtiram Şahverdiyev, 89, Rafael Utziq, 90+1, İsnik Alimi, 90+5

07.11.2021. Premyer Liqa. “Səbail” – “Qəbələ” – 0:2

Emil Səfərov, 88, Məqsəd İsayev, 90+5

19.02.2022. Premyer Liqa. “Qəbələ” – “Səbail” – 2:0

Ülvi İsgəndərov, 79; İsnik Alimi, 90+7

10.04.2022. Premyer Liqa. “Səbail” – “Qəbələ” – 3:0

Adil Nağıyev, 41; Nikolas Raysel, 68; İbrahim Aslanlı, 73

 

2022/23 mövsümü

30.09.2022. Premyer Liqa. “Səbail” – “Qəbələ” – 1:2

Ağabala Ramazanov, 61 (p.) //İsnik Alimi, 54 (p.); Ülvi İsgəndərov, 90

03.12.2022. Premyer Liqa. “Qəbələ” – “Səbail” – 2:1

Feras Abu Akal, 35; Ülvi İsgəndərov, 65 // Kizito Luvaqa, 5

24.02.2023. Premyer Liqa. “Səbail” – “Qəbələ” – 2:2

Mirabdulla Abbasov, 51; Matiya Lyuyiç, 55 // Qustavo de Fransa, 20 (ö.q.); Ramon Maçado, 70

18.04.2023. Azərbaycan kuboku. “Qəbələ” – “Səbail” – 3:2

Rafael Utziq, 34, 66; Felipe Santos, 74 // İlkin Muradov, 9; Emil Martinov, 20