Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunlarına təyinatlar açıqlanıb. Dekabrın 14-15-də baş tutacaq qarşılaşmaları idarə edəcək hakimlər, həmçinin hakim-inspektorlar və AFFA nümayəndələri müəyyənləşib. “Qəbələ” ayın 15-də “Səbail”in qonağı olacaq. “Qırmızı-qaralar”ın səfər oyununu İnqilab Məmmədov idarə edəcək. Bu qarşılaşmada onun köməkçiləri Rahil Ramazanovla Nahid Əliyev olacaq. Nail Nağıyev isə matçın dördüncü hakimi funksiyasını yerinə yetirəcək. Oyunda Məhəmməd Məmmədov hakim-inspektor, Elçin Məmmədov AFFA nümayəndəsi olacaq.
Xatırladaq ki, dekabrın 15-də baş tutacaq görüş “Bayıl Arena”da keçiriləcək. Matç saat 16:00-da başlayacaq.
Azərbaycan kuboku
1/4 final, cavab oyunu
15 dekabr (cümə)
16:00. “Səbail” - “Qəbələ”
Baş hakim: İnqilab Məmmədov
Baş hakimin köməkçiləri: Rahil Ramazanov, Nahid Əliyev
Dördüncü hakim: Nail Nağıyev
AFFA nümayəndəsi: Elçin Məmmədov
Hakim-inspektor: Məhəmməd Məmmədov
Bakı. “Bayıl Arena” stadionu
İlk oyun - 0:1