«Səbail» - «Qəbələ» oyununun hakimləri müəyyənləşdi
Xəbərlər / 5 Dekabr 2018 | 15:57254
«Səbail» - «Qəbələ» oyununun hakimləri müəyyənləşdi

Topaz Premyer Liqasında XIV turun təyinatları açıqlanıb. 2018-2019-cu illər mövsümünün ilk yarısının son turunun matçlarını idarə edəcək hakimlər, hakim-inspektorları və AFFA nümayəndələri bəlli olub. Dekabrın 9-da keçiriləcək turda “Səbail”in qonağı olacaq “Qəbələ”nin səfər oyununun təyinatları da müəyyənləşib.

“Bayıl Arena”da keçiriləcək matçı İnqilab Məmmədov idarə edəcək. Onun köməkçiləri Namiq Hüseynovla Rahil Ramazanov olacaq. Qarşılaşmanın dördüncü hakimi funksiyasını Səbuhi Bayramov yerinə yetirəcək. Kərim Ağayev oyunun hakim-inspektoru, Eldəniz Musayev isə AFFA nümayəndəsi olacaq.

Xatırladaq ki, dekabrın 9-da keçiriləcək “Səbail” – “Qəbələ” matçı saat 17:30-da başlayacaq.

 

Topaz Premyer Liqası

XIV tur

9 dekabr (bazar)

17:30. “Səbail” – “Qəbələ”

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Səbuhi Bayramov

Hakim-inspektor: Kərim Ağayev

AFFA nümayəndəsi: Eldəniz Musayev

“Bayıl Arena”