Topaz Premyer Liqasının XXVI turunun oyunları üçün təyinatlar açıqlanıb. Aprelin 27-də keçiriləcək matçların hakimləri, həmçinin hakim-inspektor və AFFA nümayəndələri müəyyənləşib. Səfərdə “Səbail”lə qarşılaşacaq “Qəbələ”nin görüşünün təyinatları da bəlli olub. Oyunu Əliyar Ağayev idarə edəcək. FİFA hakiminə Zeynal Zeynalovla Akif Əmirəli kömək edəcək. Dördüncü hakim funksiyasını Rauf Allahverdiyev yerinə yetirəcək. Qarşılaşmanın hakim-inspektoru Ramil Diniyev, AFFA nümayəndəsi isə Məmmədəli Məmmədov olacaq.
Xatırladaq ki, Bakıdakı “ASCO Arena”da baş tutacaq “Səbail” – “Qəbələ” oyunu saat 17:30-da başlayacaq.
Topaz Premyer Liqası
XXVI tur
27 aprel (şənbə)
17:30. “Səbail” – “Qəbələ”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Allahverdiyev
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
“ASCO Arena”