Azərbaycan Premyer Liqasının V turunun təyinatları açıqlanıb. “Qəbələ”nin “Səbail”lə oyununun hakimləri, hakim-inspektoru və AFFA nümayəndəsi müəyyənləşib. “Qırmızı-qaralar”ın sentyabrın 21-də keçirəcəyi səfər matçını Əliyar Ağayev idarə edəcək. FİFA referisinin köməkçiləri Akif Əmirəli və Zeynal Zeynalov olacaq. Bakıdakı “ASCO Arena”da baş tutacaq qarşılaşmanın dördüncü hakimi funksiyasını Kamal Umudlu yerinə yetirəcək. Oyunun hakim-inspektoru Ramil Diniyev, AFFA nümayəndəsi Məmmədəli Məmmədov olacaq.
Xatırladaq ki, “Səbail” – “Qəbələ” görüşü saat 19:45-də başlayacaq.
Azərbaycan Premyer Liqası
V tur
21 sentyabr (şənbə)
19:45. “Səbail” – “Qəbələ”
Baş hakim: Əliyar Ağayev
Baş hakimin köməkçiləri: Akif Əmirəli, Zeynal Zeynalov
Dördüncü hakim: Kamal Umudlu
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Bakı. “ASCO Arena”