Azərbaycan Premyer Liqasının XVII turunun təyinatları açıqlanıb. “Qəbələ”nin “Səbail”lə səfər matçının hakimləri, hakim-inspektoru və AFFA nümayəndəsi müəyyənləşib. “Qırmızı-qaralar”ın fevralın 16-da keçirəcəyi qarşılaşmanı Kamal Umudlu idarə edəcək. Onun köməkçiləri Mübariz Haşımovla Eyyub İbrahimov olacaq. Bakıdakı “ASCO Arena”da baş tutacaq qarşılaşmanın dördüncü hakimi funksiyasını Fərid Hacıyev yerinə yetirəcək. Oyunun hakim-inspektoru Ömər Paşayev, AFFA nümayəndəsi Şaiq Həmidov olacaq.
Xatırladaq ki, fevralın 16-da keçiriləcək “Səbail” – “Qəbələ” görüşü saat 16:30-da başlayacaq.
Azərbaycan Premyer Liqası
XVII tur
16 fevral (bazar)
16:30. “Səbail” – “Qəbələ”
Hakimlər: Kamal Umudlu, Mübariz Haşımov, Eyyub İbrahimov, Fərid Hacıyev
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Şaiq Həmidov
“ASCO Arena”