«Səbail» - «Qəbələ» oyununun hakimləri müəyyənləşdi
Xəbərlər / 23 Dekabr 2020 | 09:14258
«Səbail» - «Qəbələ» oyununun hakimləri müəyyənləşdi

Azərbaycan Premyer Liqasında XIII turun təyinatları açıqlanıb. “Qəbələ”nin “Səbail”lə səfər matçının hakimləri, hakim-inspektoru və AFFA nümayəndəsi müəyyənləşib. “Qırmızı-qaralar”ın 2020-ci ildəki son qarşılaşmasını Əliyar Ağayev idarə edəcək. Dekabrın 24-dəki oyunda onun köməkçiləri Akif Əmirəli və Cavanşir Yusifov olacaq. “ASCO Arena”da baş tutacaq qarşılaşmanın dördüncü hakimi funksiyasını Rövşən Rəcəbov yerinə yetirəcək. Oyunun hakim-inspektoru Ramil Diniyev, AFFA nümayəndəsi Erkin Hüseynov olacaq.

Xatırladaq ki, dekabrın 24-də keçiriləcək “Səbail” – “Qəbələ” görüşü saat 16:00-da başlayacaq.

 

Azərbaycan Premyer Liqası

24 dekabr (cümə axşamı)

16:00. “Səbail” – “Qəbələ”

Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Cavanşir Yusifov, Rövşən Rəcəbov

Hakim-inspektor: Ramil Diniyev

AFFA nümayəndəsi: Erkin Hüseynov

“ASCO Arena”