Azərbaycan Premyer Liqasında XXV turun ilk gününün təyinatları açıqlanıb. “Qəbələ”nin “Səbail”lə səfər matçının hakimləri, hakim-inspektoru və AFFA nümayəndəsi müəyyənləşib. “Qırmızı-qaralar”ın qarşılaşmasını İnqilab Məmmədov idarə edəcək. Sabahkı oyunda onun köməkçiləri Namiq Hüseynovla Nahid Əliyev olacaq. “ASCO Arena”da baş tutacaq qarşılaşmanın dördüncü hakimi funksiyasını Rauf Allahverdiyev yerinə yetirəcək. Oyunun hakim-inspektoru İmanxan Sultani, AFFA nümayəndəsi Ramiz Mustafayev olacaq.
Xatırladaq ki, mayın 3-də keçiriləcək “Səbail” – “Qəbələ” görüşü saat 20:15-də başlayacaq.
Azərbaycan Premyer Liqası
XXV tur
3 may (bazar ertəsi)
20:15. “Səbail” –“Qəbələ”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Nahid Əliyev, Rauf Allahverdiyev
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Ramiz Mustafayev
“ASCO Arena”