«Səbail» - «Qəbələ» oyununun hakimləri müəyyənləşdi
Xəbərlər / 5 Noyabr 2021 | 15:13155
«Səbail» - «Qəbələ» oyununun hakimləri müəyyənləşdi

Azərbaycan Premyer Liqasında X turun bütün təyinatları açıqlanıb. “Qəbələ”nin “Səbail”lə səfər matçının hakimləri, hakim-inspektoru və AFFA nümayəndəsi müəyyənləşib. “Qırmızı-qaralar”ın qarşılaşmasını Rəvan Həmzəzadə idarə edəcək. Noyabrın 7-də keçiriləcək oyunda onun köməkçiləri Cəmil Quliyev və Rahil Ramazanov olacaq. “ASCO Arena”da baş tutacaq qarşılaşmanın dördüncü hakimi funksiyasını Rövşən Rəcəbov yerinə yetirəcək. 

Xatırladaq ki, “Səbail” – “Qəbələ” görüşü saat 15:00-da başlayacaq.

 

Premyer Liqa

X tur

7 noyabr (bazar)

15:00. “Səbail” – “Qəbələ”

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Rahil Ramazanov, Rövşən Rəcəbov

Hakim-inspektor: Zöhrab Qədiyev

AFFA nümayəndəsi: Ramiz Mustafayev

“ASCO Arena”