«Səbail» - «Qəbələ» oyununun hakimləri müəyyənləşdi
Xəbərlər / 8 Aprel 2022 | 09:54135
«Səbail» - «Qəbələ» oyununun hakimləri müəyyənləşdi

Azərbaycan Premyer Liqasında XXII turun bütün təyinatları açıqlanıb. “Qəbələ”nin “Səbail”lə matçının hakimləri, hakim-inspektoru və AFFA nümayəndəsi müəyyənləşib. “Qırmızı-qaralar”ın səfər qarşılaşmasını Vüqar Həsənli idarə edəcək. Aprelin 10-da keçiriləcək oyunda onun köməkçiləri Cəmil Quliyev və Rəhman İmami olacaq. “ASCO Arena”da baş tutacaq qarşılaşmanın dördüncü hakimi funksiyasını Rəvan Həmzəzadə yerinə yetirəcək. 

Xatırladaq ki, “Səbail” – “Qəbələ” görüşü saat 20:30-da başlayacaq.

 

Premyer Liqa

XXII tur

10 aprel (bazar)

20:30. “Səbail” – “Qəbələ”

Hakimlər: Vüqar Həsənli, Cəmil Quliyev, Rəhman İmami, Rəvan Həmzəzadə

Hakim-inspektor: İmanxan Sultani

AFFA nümayəndəsi: Ramiz Mustafayev

“ASCO Arena”