«Səbail» - «Qəbələ» oyununun hakimləri müəyyənləşdi
Xəbərlər / 29 Sentyabr 2022 | 15:56383
«Səbail» - «Qəbələ» oyununun hakimləri müəyyənləşdi

Misli Premyer Liqasında VIII turun bütün təyinatları açıqlanıb. “Qəbələ”nin “Səbail”lə matçının hakimləri, hakim-inspektoru və AFFA nümayəndəsi müəyyənləşib.

“Qırmızı-qaralar”ın səfər qarşılaşmasını Fərid Hacıyev idarə edəcək. Sabah keçiriləcək oyunda onun köməkçiləri Rəhman İmami və Kamran Bayramov olacaq. “ASCO Arena”da baş tutacaq qarşılaşmanın dördüncü hakimi funksiyasını Cavid Cəlilov yerinə yetirəcək. 

Xatırladaq ki, “Səbail” – “Qəbələ” görüşü saat 19:00-da başlayacaq.

 

Misli Premyer Liqası

VIII tur

30 sentyabr (cümə)
19:00. “Səbail” – “Qəbələ”
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Kamran Bayramov, Cavid Cəlilov
VAR: Rəşad Əhmədov
AVAR: Elşad Abdullayev
Hakim-inspektor: Feyzulla Feyzullayev
“ASCO Arena”