«Səbail» - «Qəbələ» oyununun hakimləri müəyyənləşdi
Xəbərlər / 23 Fevral 2023 | 15:071670
«Səbail» - «Qəbələ» oyununun hakimləri müəyyənləşdi

Misli Premyer Liqasında XXIV turun bütün təyinatları açıqlanıb. “Qəbələ”nin “Səbail”lə matçının hakimləri, hakim-inspektoru və AFFA nümayəndəsi müəyyənləşib.

“Qırmızı-qaralar”ın səfər qarşılaşmasını Cavid Cəlilov idarə edəcək. Sabah keçiriləcək oyunda onun köməkçiləri Müslüm Əliyev və Kamran Bayramov olacaq. “ASCO Arena”da baş tutacaq qarşılaşmanın dördüncü hakimi funksiyasını Tural Qurbanov yerinə yetirəcək. 

Xatırladaq ki, “Səbail” – “Qəbələ” görüşü saat 19:00-da başlayacaq.

 

Misli Premyer Liqası

XXIV tur

24 fevral (cümə)

19:00. “Səbail” – “Qəbələ”
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Kamran Bayramov, Tural Qurbanov
VAR: Elçin Məsiyev
AVAR: Rahil Ramazanov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Ramiz Mustafayev
“ASCO Arena”