Azərbaycan kubokunda yarımfinalın cavab oyunları üçün bütün təyinatlar açıqlanıb. Aprelin 26-27-də baş tutacaq görüşlərin hakimləri, hakim-inspektor və AFFA nümayəndələri bəlli olub. “Qəbələ”nin “Səbail”lə matçının təyinatları da müəyyənləşib. Qarşılaşmanın baş hakimi Əliyar Ağayev olacaq. Ona Zeynal Zeynalov və Akif Əmirəli, kömək edəcəklər. Oyunun dördüncü hakimi funksiyasını Tural Qurbanov yerinə yetirəcək.
Xatırladaq ki, aprelin 27-də “ASCO Arena”da keçiriləcək matç saat 20:00-da başlayacaq.
Azərbaycan kuboku
Yarımfinal, cavab oyunu
27 aprel (cümə axşamı)
20:00. “Səbail” – “Qəbələ”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Tural Qurbanov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Seymur Səlimli
“ASCO Arena”