Azərbaycan Premyer Liqasının XVII turunun oyun cədvəli açıqlanıb. “Qəbələ”nin “Səbail”lə oyununun vaxtı müəyyənləşib. “Qırmızı-qaralar”ın səfər matçı fevralın 16-da keçiriləcək. Görüş Bakıdakı “ASCO Arena” stadionunda baş tutacaq. Oyunun start fiti 16:30-da veriləcək. Qarşılaşma “CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacaq.
Azərbaycan Premyer Liqası
XVII tur
16 fevral (bazar)
16:30. “Səbail” – “Qəbələ”
“ASCO Arena”