«Səbail» - «Qəbələ» oyununun vaxtı müəyyənləşdi 
Xəbərlər / 26 Aprel 2021 | 14:16264
«Səbail» - «Qəbələ» oyununun vaxtı müəyyənləşdi 

Azərbaycan Premyer Liqasında XXV turun oyun cədvəli açıqlanıb. “Qəbələ”nin “Səbail”lə səfər matçının vaxtı müəyyənləşib. “Qırmızı-qaralar”ın qarşılaşması mayın 3-də keçiriləcək. Görüş “ASCO Arena”da baş tutacaq. Oyunun start fiti 20:15-də veriləcək. Matç “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.

 

Azərbaycan Premyer Liqası

XXV tur

3 may (bazar ertəsi)

20:15. “Səbail” – “Qəbələ”

“ASCO Arena”