Seçimlərdə ilkin mərhələyə yekun vuruldu
Xəbərlər / 10 İyun 2014 | 06:57147
Seçimlərdə ilkin mərhələyə yekun vuruldu

İstedadlı yeniyetmə və gəncləri daim diqqət mərkəzində saxlayan, onların üzə çıxarılaraq ölkə futboluna qazandırılması istiqamətində işlər görən “Qəbələ” Futbol Akademiyası növbəti seçimlərini keçirib. Qəbələ şəhər stadionunda baş tutan seçimlərdə hər zaman olduğu kimi izdiham yaşanıb. 9-19 yaşlı gənclər arasında baş tutan seçimlərdə 600-dən artıq futbolçu akademiyaya seçilmək uğrunda mübarizə aparıb. Seçimlərdə iştirak edən bir neçə istedadlı və gələcək vəd edən futbolçu məşqçilər korpusunun diqqətini cəlb edib. 
Sabahdan etibarən akademiyanın seleksiya qrupunun müəyyənləşdirdiyi futbolçular üçün seçimlərə start veriləcək. İyun ayının 13-dən 15-dək isə ilkin və ikinci mərhələdə rəqiblərini üstələmiş futbolçular final mərhələsində qüvvələrini sınayaraq "Qəbələ" Futbol Akademiyasının üzvü olmağa çalışacaqlar.