Misli Premyer Liqasında II dövrənin ilk təyinatları açıqlanıb.
“Qəbələ”nin “Şəfa” ilə XII turda keçiriləcək səfər oyununun baş hakimi Əli Əliyev olacaq. Ona Namiq Hüseynov və Orxan İbişov kömək edəcək.
Kamal Umudlu dördüncü hakim, İnqilab Məmmədov VAR, Cəmil Quliyev AVAR funksiyasını yerinə yetirəcək. Görüşün hakim-inspektoru Şahin Cəfərov, AFFA nümayəndəsi Namiq Əliyev olacaq.
Qeyd edək ki, noyabrın 21-də Sumqayıtdakı “SOCAR Polymer Arena”da keçiriləcək qarşılaşma saat 17:00-da başlayacaq.