“Xəzər Lənkəran” – “Qəbələ” – 0:1
25 aprel 2015. Saat 17:00. “Xəzər Lənkəran” mərkəzi stadionu, 2200 tamaşaçı
Baş hakim: Rəhim Həsənov
Baş hakimin köməkçiləri: Rahil Ramazanov, Nahid Əliyev
Dördüncü hakim: Munis Abdullayev
AFFA nümayəndəsi:Rauf Hüseynli
Hakim-inspektor: Şahin Cəfərov
Sarı vərəqələr: Elvin Mirzəyev, 6 (qeyri-idman hərəkəti), 45+1 (qeyri-idman hərəkəti); Rasim Ramaldanov, 31 (qeyri-idman hərəkəti); Sadio Tounkara, 37 (hakim qərarına etiraz); Ağabala Ramazanov, 85 (qeyri-idman hərəkəti); Elnur İsmayılov, 87 (qeyri-idman hərəkəti) // Ruslan Abışov, 78 (qeyri-idman hərəkəti); Ruslan Tağızadə, 86 (bilərkdən topa əl ilə oyun); Elvin Camalov, 88 (qeyri-idman hərəkəti)
Qırmızı vərəqə: Elvin Mirzəyev, 45+1
Qol: Cavid Hüseynov, 48
Artırılan vaxt: I hissədə 1 dəq.; II hissədə 3 dəq.
Bu gün Topaz Premyer Liqasında XXXI turun oyunları keçirilir. “Qəbələ” səfərdə “Xəzər Lənkəran”la qarşılaşıb. Bu matçadək ardıcıl 7 qələbə qazanan “qırmızı-qaralar” üçün bu görüş də mükafatlar uğrunda mübarizə baxımından çox vacib əhəmiyyət daşıyırdı. Roman Qriqorçuk son oyunlarda olduğu kimi yenə start heyətində heç bir dəyişiklik etməyib. “Qəbələ” aprelin 25-i tarixinin Oxu günü olması münasibətilə qarşılaşmaya “Kitabsız yaşamayaq! 25 aprel – Oxu günü” yazılmış xüsusi pankartla çıxıb. Meydana qələbə əzmi ilə çıxan “Qəbələ” ilk dəqiqələrdən təşəbbüsü ələ alıb. İlk təhlükə Viktor Mendidən gəlib. Lakin seneqallı hücumçu əlverişli mövqedən “çərçivə”yə düşməyib. Ardınca Bəxtiyar Soltanovun ötürməsini Ruslan Fomin dəqiq zərbəylə tamamlaya bilməyib. Ukraynalının zərbəsindən sonra top az fərqlə qapının yanından keçib. “Qırmızı-qaralar”ın ilk dəqiqələrdəki üstünlüyündən sonra meydanda bərabər mübarizə yaşanıb. Qarşılıqlı hücumlar şəraitində keçən oyunda dönüş yaratmağa qərar verən Qriqorçuk Fomini sürətli Ekiqo Ehiosunla əvəzləyib. Nigeriyalının meydana daxil olmasından sonra Cavid Hüseynov mərkəzə keçib. Bununla da “qırmızı-qaralar”ın hücumlarının kəsəri xeyli artıb. Qapıçı ilə üz-üzə qalan Soltanovun zərbəsi qolkiperə tuş gəlib. Meydan sahiblərinin qapıçısı Ekiqo və Mendinin ardıcıl zərbələrinin də qarşısını ala bilib. İlk yarının uzatma dəqiqələrində isə “Xəzər Lənkəran” azlıqda qalıb. Elvin Mirzəyevin ikinci sarı vərəqəni almasından sonra “qırmızı-qaralar” meydanda say üstünlüyü qazanıb.
İkinci hissəyə də “Qəbələ” daha fəal başlayıb. Ardıcıl hücumlar tezliklə bəhrəsini verib. Topa yiyələnən Mendi daha əlverişli mövqedə olan Cavidə ötürmə edib. 11 metrlik nöqtə yaxınlığında qərarlaşan yarımmüdafiəçi isə belə imkanı qaçırmayıb – 1:0. Bu qoldan sonra meydan sahibləri irəli atılıb. Lakin rəqibin bir neçə həmləsini zərərsizləşdirən “Qəbələ” oyunu bərabərləşdirib, yenidən hücumlarını davam etdirib. Hissənin ortalarında künc zərbəsindən sonra Rafael Santos da qola yaxın olub. Lakin braziliyalının zərbəsi dirəyin yanından keçib. Qarşılıqlı hücumlarla davam edən matçda Aleksey Qayın cərimə meydanı daxilindən endirdiyi 2 zərbə yaddaqalan olub. Dmitri Bezotosnı Ağabala Ramazanovun uzaq zərbəsi zamanı sayıq nümayiş etdirib. Soltanovun yaxın məsafədən endirdiyi zərbəni isə rəqib qolkiper dəf edib. Bundan sonra da hücumlara ara verməyən “qırmızı-qaralar”ın fərqi artırmaq cəhdləri bəhrəsini verməyib.
Beləliklə, “Qəbələ” 1:0 hesabı ilə qalib gəlib, “Xəzər Lənkəran”la III dövrənin ev oyununda (3:1) başlayan qələbə seriyasını 8-ə çatdırıb. Bu nəticə isə həm klub tarixinin, həm də mövsümün yeni rekordudur.
“Xəzər Lənkəran”
25. Tərlan Qasımzadə
3. Rasim Ramaldanov (k)
7. Sadio Tounkara
10. Ağabala Ramazanov
12. İlyas Səfərzadə
(99. Mahsun Qəmbərli, 77)
17. Kazım Kazımlı
18. Tural Cəlilov
(34. Elnur İsmayılov, 75)
27. Adrian Skarlatake
42. Kamran Abdullazadə
72. Elvin Mirzəyev
97. Elnur Cəfərov
(4. Ruslan Cəfərov , 46)
Ehtiyat oyunçular:
1. Orxan Sadıqlı
16. İbrahim Qədirzadə
23. Cavid Bağırov
32. Zaman Mirzəzadə
Baş məşqçi: Elbrus Məmmədov
“Qəbələ”
22. Dmitri Bezotosnı
4. Elvin Camalov
9. Viktor Mendi
(32. Mixail Sivakov, 90+2)
14. Cavid Hüseynov
15. Ruslan Abışov (k)
18. Ruslan Fomin
(90. Ekiqo Ehiosun, 33)
19. Aleksey Qay
20. Rikardinyo
27. Bəxtiyar Soltanov
34. Ürfan Abbasov
(16. Ruslan Tağızadə, 83)
44. Rafael Santos
Ehtiyat oyunçular:
30. Anar Nəzirov
5. Sadiq Quliyev
6. Rəşad Sadiqov
26. Pavol Farkaş
Baş məşqçi: Roman Qriqorçuk