Səfərdə 60-cı «sülh»
Xəbərlər / 25 Yanvar 2023 | 22:411680
Səfərdə 60-cı «sülh»

“Qəbələ” Premyer Liqada 60-cı səfər heç-heçəsinə imza atıb. Bu, Misli Premyer Liqasında mövsümün ikinci yarısının ilk matçında gerçəkləşib. “Qırmızı-qaralar” Gəncədə “Kəpəz”lə bərabərə qalıb – 2:2.

Bu, 2006-cı ildə Premyer Liqada debüt edən komandamızın 244-cü səfər sınağı olub. “Qəbələ” bu matçlarda 60-cı dəfə sülhə imza atıb. 84 dəfə rəqib meydanında qalib gələn komanda 100 dəfə səfərdən xalsız dönüb.

Xatırladaq ki, Premyer Liqada ilk səfər heç-heçəsi 2006-cı il noyabrın 11-də gerçəkləşib. Həmin gün Tovuzda “Turan”a qarşı matç qolsuz başa çatıb.